Türkiyənin İraqın Mosul şəhərindəki baş konsulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib.
QİA.AZ-ın məlumatına görə, bunu baş konsul Mehmet Küçüksakallı öz “Twitter” səhifəsində yazıb.
M.Küçüksakallı bildirib ki, konsulluq binası tam hazır vəziyyətə gətirilib.
Xatırladaq ki, Türkiyənin Mosuldakı baş konsulluğu 2014-cü ilin iyununda İŞİD silahlılarının hücumuna məruz qalmışdı. Hücum zamanı konsulluqda olan 49 nəfər girov alınmışdı. Girovlar həmin ilin sentyabrında azad edilmişdi.