Türkiyənin milli müdafiə nazirinin ispaniyalı həmkarı ilə telefon danışığı olub

İyl7,2021

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla İspaniyanın müdafiə naziri Margarita Robles Fernandes arasında telefon danışığı olub.QİA.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, telefon danışığı faydalı və müsbət əhval-ruhiyyədə keçib.Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada nazirlər arasında NATO ilə yanaşı ikitərəfli münasibətlər, regional təhlükəsizlik və müdafiə sənayesi sahəsində birgə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Oxşar Xəbərlər