Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib

Mar8,2021

Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztekin 62 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. QİA.AZ-ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.

F.Koca bildirib: “Serial, teatr və kino aktyoru Rasim Öztekin, ürəktutmasından sonra Dr. Siyami Ersek Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanamızda göstərilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Televiziya olan hər evdə ailədən biriydi. Başımız sağ olsun”.

Oxşar Xəbərlər