Türkiyənin türkdilli ölkələrə ixracı artıb

İyn1,2021

2021-ci ilin yanvar-aprel aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 45,6 faiz artaraq 2,265 milyard dollar təşkil edib.

Bu barədə QİA.AZ-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin apreli ilə müqayisədə 85,6 faiz artaraq 665,612 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 59,9 faiz artaraq 1,484 milyard dollar təşkil edib.

Aprel ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2020-ci ilin apreli ilə müqayisədə 176 faiz artaraq 389,998 milyon dollara bərabər olub.

Oxşar Xəbərlər