2024-cü ilin yanvar-aprel aylarında Türkiyəyə 12 milyon 678 min 959 nəfər səfər edib ki, onların da 10,6 milyondan çoxu xarici ölkə vətəndaşları, qalanları isə Türkiyə vətəndaşlığı olan diaspor nümayəndələridir.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi cari il üçün turist axını ilə bağlı son məlumatları açıqlayıb.
Nazirliyin məlumatına görə, hesabat dövründə Türkiyəyə gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,75 faiz artıb. 2024-cü ilin yanvar-aprel aylarında ən çox xarici vətəndaş Almaniyadan gəlib (1,1 milyondan çox). Sonrakı yerləri Rusiya (1,078 milyon) və İran (946 mindən çox) tutur. Beşliyi Bolqarıstan və Böyük Britaniya tamamlayır.