Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və hökumət üzvləri yeni tikilən gəmi ilə Xəzərdə gəzintiyə çıxıblar.
“QİA.AZ” xəbər verir ki, məlumatı rus dilində nəşr olunan “Neytralnıy Turkmenistan” qəzeti yayıb.
“Rahat” adlı yeni sərnişin gəmisi Rusiyada inşa olunub. Dövlət başçısı və hökumət üzvləri gəmi ilə Türkmənbaşı şəhərinə işgüzar səfər ediblər.