“Twitter” və “Instagram”ın işində qüsurlar yaranıb

“Twitter” və “Instagram” sosial şəbəkələrinin işində bir sıra ölkədə fasilələr yaranıb.

QİA.AZ-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.

Məlumata əsasən, “Instagram”ın işində qüsurlar barədə əsasən ABŞ, “Twitter”in işində isə ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya və Niderland sakinləri şikayət edir.

Bildirilir ki, 61 faiz istifadəçi “Twitter”in saytının, 28 faiz mobil tətbiqinin işindən, 11 faiz isə serverə qoşulmaqda yaranan çətinliklərdən şikayət edib.

“Instagram” istifadəçilərindən 46 faizi tətbiqin işində, 24 faizi saytın işində, daha 24 faizi isə şərhlərin yazılmasında problemlərlə üzləşiblər.

Oxşar Xəbərlər