Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ucar rayonunun Alpı kəndində “VAZ” markalı minik avtomobilinin yol kənarındakı beton dirəyə çırpılması barədə məlumat daxil olub.
FHN-dən QİA.AZ-a bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.