“Ucqar Kəndin İntellektual Gəncləri” adlı layihə keçirilib – FOTO

Noy6,2021

6 noyabr tarixlərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı İntellektual Oyunlar Klubu, İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi və İsmayıllı Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılğı ilə Murad Ağazadənin layihə rəhbəri olduğu və “Zəfər Günü”nə həsr edilmiş rayon məktəbliləri arasında “Ucqar Kəndin İntellektual Gəncləri” layihəsi pandemiya qaydalarına uyğun olaraq final mərhələsi keçirilib.

QİA.AZ xəbər verir ki, yarışın seçim turlarında 20-dən artıq rayon məktəblilərindən ibarət komanda iştirak etmişdir. Gərgin keçən seçim turlarından finala ən yüksək nəticə göstərən 8 komanda vəsiqə qazanmış və qalibiyyət uğrunda mübarizə aparmışdır.

Oyunun final mərhələsi ilkin olaraq dövlət himinin səsləndirildikdən sonra vətən müharibəsində şəhid olan əziz qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükütla anılıb. Layihə rəhbəri Murad Ağazadə gəncləri salamlayaraq komandalara uğurlar arzulayıb. Bundan sonra İsmayıllı İntellektual Oyunlar Klubunun sədri Azad Manaflı gənclərə bu tip layihələrdən yararlanmağı və vətəninə faydalı gənc kimi yetişməsi üçün dövlətin qayğısından geniş danışıb. Layihənin keçirilməsində əsas dəstəkçi olan Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirib. İntellekt layihələrin kəndlərdə belə keçirilməsi çox vacib hadisə olaraq ictimaiyyətin diqqətinə çatdırıb.

Çıxışlar dinlənildikdən sonra final mərhələsinin ilk sualı səsləndirilib. Oyunun keçirilməsində əsas məqsəd kənd gənclərinin intellektini inkişaf etdirmək, gəncləri pis vərdişlərdən uzaq tutaraq intelletə inteqrasiyasını təmin etmək və vətən müharibəsində şəhid olmuş soydaşlarımızın daim xatirəsini əziz tutmaqdır.

Oyun Nə? Harada? Nə zaman? formatında pandemiya qaydalarına uyğun olaraq keçirildi. Mübarizəyə qatılmış 8 komandanın əzimkar oyunundan sonra Diyallı kənd tam orta məktəbin komandası III yer, İsmayıllı 3 saylı məktəb-liseyin komandası II yer, I yeri isə İsmayıllı 1 saylı tam orta məktəbin komandası qazanaraq kuboku başı üzərinə qaldırmışdır. Layihədə fərqlənmiş komandalar kubok, medal və dəyərli hədiyyələrlə mükafatlandırılmışdır. Həmçinin sonda bütün final iştirakçılarına sertifikatlar təqdim olub və xatirə şəkli çəilmişdir.

Oxşar Xəbərlər