Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.
QİA.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.