UEFA bu çempionatların 2020/2021-ci il mövsümünü ləğv edib

Fev24,2021
Nyon, SWITZERLAND: A UEFA logo is seen with Geneva Lake and Alps as background 08 December 2006 during a press conference closing a two days Executive committee meeting of the European football federation at the headquarters in Nyon. AFP PHOTO / FABRICE COFFRINI (Photo credit should read FABRICE COFFRINI/AFP/Getty Images)

UEFA İcraiyyə Komitəsi COVID-19 pandemiyasının turnirlərin təşkilinə göstərdiyi mənfi təsirləri nəzərə alaraq, 19 yaşadək qadınlardan və kişi futbolçulardan ibarət komandalar arasında təşkil olunan çempionatların 2020/2021-ci il mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul edib.

QİA.AZ xəbər verir ki, qərarda UEFA İcraiyyə Komitəsinin üzv ölkələrlə müzakirələrdən sonra hazırda gənc idmançıların sağlamlığlını və təhlükəsizliyini qorumaq, həmçinin, tətbiq olunan bir sıra məhdudiyyətlər ucbatından komandaların səyahət etməsinin və mini turnirlərin keçirilməsinin çətin olduğu qeyd olunub.

UEFA həmçinin, Belarusdakı epidemoloji və ölkəyə mövcud səyahət məhdudiyyətlərini nəzərə alaraq 2020/2021-ci il Futzal üzrə Çempionlar Liqasının final mərhələsinin Belarusdan alınaraq Xorvatiyaya verilməsi barədə qərar qəbul edib.

İcraiyyə Komitəsinin digər qərarı isə əvəzetmə ilə əlaqədardır. Qərarda qeyd olunub ki, oyun ərzində beyin silkələnməsi keçirən futbolçunun yerinə əvəzetmə sayından asılı olmayaraq, meydana yeni oyunçu daxil ola biləcək. Yeni qərar sınaq məqsədilə ilk dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Macarıstanda və Sloveniyada (2019-2021) təşkil ediləcək Avropa çempionatının final mərhələsində tətbiq olunacaq.

Oxşar Xəbərlər