UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür

May2,2024

Bu gün UEFA Konfrans Liqasında yarımfinalın ilk görüşləri keçiriləcək.

QİA.az xəbər verir ki, “Aston Villa” (İngiltərə)  – “Olimpiakos”la (Yunanıstan), “Fiorentina” (İtaliya) – “Klub Brügge” (Belçika)  ilə qarşılaşacaq.

“Aston Villa” – “Olimpiakos” görüşünü meydan sahiblərindən Buendiya, Kamara, Minqz, Moreno, Remsi və Zanyolo zədə, qapıçı Emiliano Martines isə cəzalı olduğundan buraxmalı olacaqlar. Qonaqlarda da itkilər var. Ntoi və Masuras cəzalı, Fadiqa isə zədə üzündən komandasına kömək edə bilməyəcəklər.

“Fiorentina” – “Klub Brügge” komandaları isə görüşə itkisiz çıxacaqlar.

“Aston Villa” – “Olimpiakos”

Baş hakim: Marko Quida (İtaliya)

Stadion: “Villa Park” (Birmingem)

“Fiorentina” – “Klub Brügge”

Baş hakim: Maykl Oliver (İngiltərə)

Stadion:  “Artemio Franki” (Florensiya)

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Oxşar Xəbərlər