UEFA Millətlər Liqasında V tura start veriləcək

UEFA Millətlər Liqasında V tura start veriləcək

Bu gün UEFA Millətlər Liqasında V tura start veriləcək.

“QIA.AZ” məlumatına görə, ilk oyun günündə A,C və D Liqalarında 9 qarşılaşma keçiriləcək.

A Liqasının 3-cü qrupunun liderlərindən Portuqaliya Fransanı qəbul edəcək. Sona iki tur qalmış hər iki komandanın 10 xalı var. Qrupun digər görüşündə İsveç Xorvatiyanı qəbul edəcək.

4-cü qrupda Almaniya Ukrayna ilə, İsveçrə isə İspaniya ilə qarşılaşacaq. Burada demək olar ki, İsveçrədən başqa digər komandaların qrup qalibi olması realdır.

D Liqasında Farer adaları səfərdə Latviyanı məğlub edəcəyi təqdirdə C Liqasına vəsiqəni təmin edəcək. 1-ci qrupda Malta – Andorra görüşü də baş tutacaq.

UEFA Millətlər Liqası
V tur

A liqası

3-cü qrup

23:45. Portuqaliya – Fransa

23:45. İsveç – Xorvatiya

Xal durumu: Portuqaliya – 10, Fransa – 10, Xorvatiya – 3, İsveç – 0.

4-cü qrup

23:45. Almaniya – Ukrayna

23:45. İsveçrə – İspaniya

Xal durumu: İspaniya – 7, Almaniya – 6, Ukrayna – 6, İsveçrə – 2

C Liqası

1-ci qrup

21:00. Azərbaycan – Monteneqro

21: Kipr – Lüksemburq

Xal durumu: Lüksemburq – 9, Monteneqro – 9, Azərbaycan – 4, Kipr – 1.

D Liqası

1-ci qrup

18:00. Malta – Andorra

21:00. Latviya – Farer adaları

Xal durumu: Farer adaları – 10, Malta – 5, Latviya – 3, Andorra – 2.

2-ci qrup

18:00. San Marino – Cəbəllütariq

Xal durumu: Cəbəllütariq – 6, Lixtenşteyn – 4, San Marino – 1.

Oxşar Xəbərlər