UEFA “Qarabağ”a 40 min avrodan çox pul ödədi

Dek3,2020
UEFA "Qarabağ"a 40 min avrodan çox pul ödədi

UEFA “Qarabağ” klubuna növbəti dəfə pul ödəyib.

“QİA.AZ” xəbər verir ki, ölkə çempionu Azərbaycan Premyer Liqasının UEFA reytinqinə əsasən tutduğu mövqe nəzərə alınmaqla, cari mövsüm avrokuboklarda mübarizəni davam etdirən klub olaraq 20 000 avro qazanıb. Bundan başqa Ağdam təmsilçisi UEFA Avropa Liqasının 2019/2020 mövsümündən balans olaraq 26 390 avro əldə edib.

Vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Oxşar Xəbərlər