UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

Avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

QİA.AZın məlumatına görə, Azərbaycan 13,375 xalla 29-cu sıradakı mövqeyini qoruyub.

Qazaxıstan 13,750 xalla 28-ci, Polşa isə 13,000 xalla 30-cu yerdədir.

“Qarabağ”ın Bakıda Konfrans Liqasında İsrail “Aşdod”u ilə qolsuz heç-heçə etməsi ölkənin aktivinə daha 0,125 xal qazandırıb.

Daha əvvəl Çempionlar Liqasının I təsnifat mərhələsindəki qələbələrə görə “Neftçi” 0,500 xal, Konfrans Liqasında “Çukariçki” ilə Serbiyadakı qolsuz heç-heçəyə görə isə “Sumqayıt” 0,125 xal qazanıb. Bununla da cari mövsüm Azərbaycanın qazancı 0,750-yə çatıb.

Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Oxşar Xəbərlər