UEFA Serbiya Futbol İttifaqını cərimələyib

İyn20,2024

UEFA Serbiya Futbol İttifaqını Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin I turunun İngiltərə millisinə qarşı oyununda baş verənlərə görə cərimələyib.

QİA.az məlumat verir ki, quruma qarşı meydana yad əşya atmaq və idman hadisəsinə uyğun gəlməyən təxribat xarakterli mesaj göndərmək ittihamı irəli sürülüb.

UEFA serbiyalı azarkeşlərin bu davranışı səbəbindən Serbiya Futbol İttifaqını 14,5 min avro cərimələyib.

Qeyd edək ki, Serbiya – İngiltərə matçı ikincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti turda Serbiya millisi Sloveniya, İngiltərə isə Danimarka ilə qarşılaşacaq. Hər iki görüş iyunun 20-də baş tutacaq.

Avropa çempionatı iyulun 14-dək davam edəcək.

Oxşar Xəbərlər