Ukrayna 75 nəfəri əsirlikdən geri qaytarıb – FOTO

Mayın 31-də Ukrayna Rusiya əsirliyindən daha 75 nəfəri azad edib, onların 71-i hərbi qulluqçudur.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

“Bütün bu müddət ərzində biz öz insanlarımızı Rusiya əsirliyindən geri qaytara bilmək üçün demək olar ki, bir gün belə fasiləsiz işləməyə davam etmişik. Bu gün bu gərgin işimizin mühüm nəticəsini görürük: daha 75 nəfərimiz Ukraynaya geri qaytarılıb”, – deyə Zelenski bildirib.

Ukrayna rəhbərinin bildirdiyinə görə, əsirlikdən azad edilənlər Ukrayna silahlı qüvvələrinin və milli qvardiyanın döyüşçüləri, sərhədçilər və dörd mülki şəxsdir.

“Hər kəs yadımızdadır. Hər bir insanımızı tapa bilmək üçün maksimum səy göstəririk”, – deyən Volodimir Zelenski əsirlərin mübadiləsi işlərini həyata keçirən heyətə təşəkkürünü bildirib.

Oxşar Xəbərlər