Ukrayna iqtisadiyyat naziri İgor Petrashko və infrastruktur naziri Vladislav Krikliy öz istəkləri ilə istefa ediblər.
QİA.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ali radanın “Xalqın xidmətçisi” partiyasından millət vəkili Alexander Kaçura “Telegram” kanalında bildirib.
Millət vəkilinin paylaşımında deyilir: “Radaya nazirlər Petrashko və Kriklinin öz istəkləri ilə yazdıqları istefa ərizələri daxil olub.
Kadr məsələlərinə mayın 17-si növbədənkənar iclasda baxılacaq”.