Ukrayna MDB-nin Silahlı Qüvvələr və Sərhəd Qoşunları haqqında sazişindən çıxıb.
QİA.az xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.
Onun sözlərinə görə, 1991-ci il dekabrın 30-da Minskdə imzalan qərardan imtina Nazirlər Kabinetinin iclasında qəbul edilib.
Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarus, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.