“Qərb Ukraynanın nüvə silahını öz sərəncamına qaytarmasına kömək etməlidir”.
Bu sözləri “Deutschlandfunk” radiostansiyasına müsahibəsində Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.
“Bəlkə də, nüvə statusu barədə düşünməyə dəyər”, – deyə A.Melnik bildirib.
Daha sonra A.Melnik sosial şəbəkə hesabında Ukraynanın Almaniyanın hərbi dəstəyinə, həmçinin tezliklə NATO-ya üzv olmağa ehtiyacı olduğunu qeyd edib.
Melnikin sözlərinə görə, ölkə NATO-ya qəbul edilməyəcəyi halda öz nüvə statusunu qaytarmalıdır.