Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Apr20,2024

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

QİA.az-ın Şərqi Avropa bürosuna Ali Radadan verilən məlumata görə, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq.

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq Ukrayna nümayəndə heyətinin Azərbaycanda bir sıra görüşlər keçirməsi də nəzərdə tutulur.

Oxşar Xəbərlər