Ukrayna səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəsilə görüşüb

Avq4,2021

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəsi Bəxtiyar Əsgərovla görüşüb.

Dostluq ab-havasında keçirilən görüş zamanı Naxçıvanla Ukrayna arasında regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi və mədəni layihələrin icrası, Azərbaycanın azad olunmuş ərazilərinin bərpası və digər məsələlər müzakirə olunub.

Tərəflər həmçinin hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə ediblər.

Oxşar Xəbərlər