Rusiya Silahlı Qüvvələri bu gün növbəti dəfə Ukraynanın enerji infrastrukturuna kütləvi hücum həyata keçirib.
Hücumun nəticələri barədə Ukrayna KİV məlumat yayıb.
Hədəf Kiyev vilayətindəki enerji bloku olub.
Nəticədə Tripolye İstilik Elektrik Stansiyasında yanğın başlayıb.
İlkin məlumata görə, raketlərdən biri İES-i sıradan çıxarıb. Lakin rəsmi mənbələr hücumla bağlı hələlik heç bir məlumat verməyiblər.