Ukraynada koronavirusun “omikron” ştammına ilk yoluxma faktı qeydə alınıb.QİA.AZ-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Viktor Lyaşko öz “Facebook” səhifəsində yazıb.O bildirib ki, Ukrayna İctimai Səhiyyə Mərkəzində aparılan laborator araşdırma “omikron” variantını aşkar edib.Qeyd olunub ki, yoluxan şəxs Ukraynaya Birləşmiş Ərəb Əmirliklərindən gəlib. Hazırda həmin şəxs müalicəsini davam etdirir, onun təmasda olduğu şəxslər müəyyənləşdirilir.Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı “omikron” ştammını “narahatlıq doğuran variant” kateqoriyasına daxil etmişdi. Bu günədək həmin variant 80 ölkədə aşkar edilib.