Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Bakıda olimpiadaya lisenziya qazanıb

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

QİA.Az “Report”a istinadən xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı Macarıstan təmsilçisi Kristian Vantsa ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Nəsibov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Oxşar Xəbərlər