Ukrayna Silahlı Qüvvələri ölkəyə gətirilən ilk “F-16” qırıcılarından birini itirib.
QİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti amerikalı məmura istinadən məlumat yayıb.
Məmurun sözlərinə görə, təyyarə vurulmayıb, lakin qəza raket hücumu zamanı baş verib. Çox güman ki, qırıcı pilotun səhvi nəticəsində qəzaya uğrayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 27-də keçirdiyi mətbuat konfransında bir gün əvvəl, avqustun 26-da hücum zamanı “F-16″ların köməyi ilə bəzi raketləri vurduqlarını bildirmişdi. O, itkilər barədə heç nə deməyib.
“The Wall Street Journal” qeyd edir ki, Ukrayna Hərbi Hava Qüvvələri qəza və ya pilotun statusunu təsdiqləməyib. Pentaqon sualları şərh üçün Ukrayna Hərbi Hava Qüvvələrinə yönləndirib.