Azərbaycandakı çaylarda sululuq artıb.
QİA.az “Report”-a istinadla xəbər verir ki, bunu Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmələrdə parlamentin ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.
“Son 10 ilə baxanda bu il Böyük və Kiçik Qafqaz dağlarının suları ilə bağlı yaxşı göstəricilərlə üzləşirik. Böyük Qafqazın çaylarında sululuq normadan 88 % çoxdur. Keçən illə müqayisədə sululuq 38 faiz bəndi yüksəkdir. Kiçik Qafqaz çaylarında isə sululuq norma göstəricilərindən 35 faiz bəndi artıqdır. Bunlar yaxşı göstəricilərdir, amma bizi sakitləşdirməli deyil. İqlim dəyişikliklərinə əsasən, su ehtiyatlarının gələcək proqnozları nikbin deyil. Buna görə su ehtiyatlarının səmərəli istifadəsi vacib məsələdir”, – deyə nazir müavini vurğulayıb.