UNDP nümayəndə heyəti Azərbaycana səfər edəcək

May2,2024

BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndə heyəti Azərbaycana səfər edəcək.

QİA.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart deyib.Bundan başqa Selvin Çarlz Hart Azərbaycanın təbii resurslardan əldə etdiyi gəlirləri effektiv şəkildə idarə etməsini və sosial-iqtisadi inkişafa sərf etməsinin uğurlu nümunə olduğunu vurğulayıb.

Qonaq bildirib ki, COP29 prosesində Azərbaycana zəruri dəstək vermək üçün BMT ailəsi Baş katib tərəfindən səfərbər edilib və xüsusi işçi qrup yaradılıb.

Oxşar Xəbərlər