Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Avropa Komissiyasının (AK) yeni tərkibində müdafiə üzrə komissar təyin etməyi planlaşdırır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə onun seçkiqabağı proqramında deyilir. O, bu vəzifəyə Polşa xarici işlər naziri Radoslav Sikorskini təyin edə biləcəyini bildirib.
Seçki proqramında Ursula Fon der Lyayen 2029-cu ilə qədər bu vəzifədə ikinci müddətə yenidən seçiləcəyi təqdirdə Avropa İttifaqını (Aİ) müdafiə birliyinə çevirəcəyini vəd edir.
“Önümüzdəki beş ildə işimiz həqiqətən müdafiə edilə bilən bir Avropa İttifaqının qurulmasına yönəldiləcək”, – siyasətçinin seçki proqramında qeyd olunur.