Useyn Bolt əkiz atası olub

İyn21,2021

Əfsanəvi yamaykalı atlet Useyn Bolt əkiz atası olub.

QİA.AZın məlumatına görə, bu barədə 34 yaşlı idmançının özü instaqram səhifəsində yazıb. O, rəfiqəsi Keysi Bennett, ötən ilin mayında dünyaya gəlmiş qızı Olimpiya Laytninq və yeni doğulmuş iki oğlu ilə fotolarını paylaşıb. Oğlanlara Seynt-Leo və Tander adları verilib.

Qeyd edək ki, Useyn Bolt qısa məsafəyə qaçış üzrə 8 qat olimpiya və 11 qat dünya çempionudur. O, idmançı karyerasını 2017-ci ildə başa vurub.

Oxşar Xəbərlər