Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə əlaqədar qlobal səhiyyədə fövqəladə vəziyyət rejimini daha üç ay uzadıb.
QİA.AZ-ın məlumatına görə, bu barədə ÜST-ün Cenevrədəki fövqəladə vəziyyətlərlə bağlı komitəsindən bildirilib.
Komitənin iclasında dünyada koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət ətraflı analiz olunub.
“ÜST-ün baş direktoru COVID-19 pandemiyasının beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət yaratmağa davam etməsi barədə qərar qəbul edib. O, komitənin tövsiyyəsi ilə razılaşıb”, – deyə ÜST-ün fövqəladə vəziyyətlərlə bağlı komitəsinin məlumatında vurğulanıb.