ÜST COVID-19-un mənşəyini öyrənmək üçün Çinə səfərə dair hesabatını dərc edib

Mar30,2021

Yeni növ koronavirus (COVID-19) infeksiyasının mənşəyini araşdırmaq üçün bu infeksiyanın ilk qeydə alındığı Çinin Uhan şəhərində araşdırma aparmış Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri COVID-19-in mənşəyinin laboratoriyadan yayılması versiyasının mümkün olmadığı qənaətinə gəliblər.

QİA.AZ-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında dərc olunmuş hesabatda qeyd olunub.

Bildirilib ki, virusun laboratoriya hadisəsi nəticəsində insanlara keçməsi ehtimalı az inadırıcıdır.

“Çox güman ki, virusu ara daşıyıcı vasitəsi ilə insanlara ötürülüb”, – deyə hesabatda qeyd olunub.

Sənəddə yarasaların sonradan COVID-19 epidemiyasını tətikləyən koronavirüsün ilk daşıyıcısı ola biləcəyi də bildirilib. ÜST mütəxəssisləri əlavə edib ki, bu virus daha sonra digər heyvanların bədənində mutasiya edə bilər.

Hesabatda vurğulanıb ki, ehtimal olunan təbii mənbədən (ilk daşıyıcı) və ya SARS-CoV-2-nin potensial bir ara daşıyıcısından insana yoluxmasının dəqiq yolu məlum deyil. Bununla belə, insanın yarasalardan birbaşa yoluxması da daxil olmaqla, bir sıra potensial yoluxma ehtimalını göstərən çoxsaylı dəlil var.

Hesabatda qeyd olunub ki, koronavirusun ara daşıyıcısı su samurları, pangolinlər, dovşanlar, yenotlar, ev pişikləri, dələlər və porsuqlar ola bilər. Ekspertlər koronavirusa olan yüksək həssaslığı nəzərə alınmaqla, su samurları və pişiklərin COVID-19-un törədicisinin potensial mənbəyi ola biləcəyini qeyd ediblər.

Oxşar Xəbərlər