ÜST dörd həftədir COVID-19-a yoluxma sayında artım qeydə alır

İyl12,2021

Dünyada COVID-19-a yoluxma hallarının sayında ardıcıl dördüncü həftədir artım qeydə alınır.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bu gün Cenevrədə keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu artım ÜST-nin altı regionundan beşində qeydə alınıb.

Eyni zamanda Gebreyesus ölüm halları ilə bağlı bədbin rəqəmlər də açıqlayıb. Belə ki, buna qədər 10 həftə azalan ölüm sayı son həftədə artıma keçib.

Oxşar Xəbərlər