ÜST dünya ölkələrinə “omikron” ştammına qarşı fəaliyyət planı hazırlamağı tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dövlətlərə koronavirusun “omikron” ştammı ilə bağlı “erkən xəbərdarlıq sistemlərinin” işini təmin etməyi və yoluxma sayında kəskin artım olarsa əsas səhiyyə xidmətləri üçün dəsək planı hazırlamağı tövsiyə edib.

Bu təşkilatın yaydığı bəyanatda öz əksini tapıb. Qeyd olunur ki, ÜST üzv ölkələrə “omikron” ştammına çevik reaksiya məqsədiylə tədbirlər görməyi tövsiyə edir. Təşkilat həmçinin koronavirusun “omikron” və digər variantları haqqında sübuta əsaslanan məlumatların mütəmadi olaraq paylaşılmasına çağırıb.

Ümumiyyətlə, omikron ştammının yaranması ilə bağlı risk təşkilat tərəfindən bir sıra səbəblərə görə çox yüksək qiymətləndirilir. Vurğulanır ki, “omikron”un, digər variantlardan fərqli olaraq, potensial olaraq immunitetə qarşı davamlılığına və daha yoluxucu olduğuna dair ilkin sübutlar var.

Oxşar Xəbərlər