ÜST münaqişədən zərərçəkən ailələrə gigiyena dəstləri paylayıb

Dek15,2020
ÜST münaqişədən zərərçəkən ailələrə gigiyena dəstləri paylayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş bölgələrdəki missiyası davam edir.

“QİA.AZ” xəbər verir ki, missiya üzvləri Ağdam rayonunda olub, yerli icra hakimiyyətini və müxtəlif səhiyyə müəssisələrini ziyarət edərək tibbi ehtiyacları öyrənmək üçün müzakirələr aparıb.

Həmçinin, rayonun Üçoğlan və Qaradağlı kənd həkim məntəqələrinə baş çəkilib. Ziyarət edilən xəstəxanalara maska yardımı edilib və yerli icra hakimiyyətinə zərərçəkmiş ailələrə paylanması üçün gigiyena dəstləri verilib.

Oxşar Xəbərlər