Təcili tədbirlər görülməzsə, Qəzza zolağındakı minlərlə peyvənd olunmayan uşaq poliyemilitə tutulacaq.
QİA.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Poliyemilitə yoluxma halları hələ qeydə alınmayıb, lakin təxirəsalınmaz tədbirlər görülməzsə, minlərlə peyvənd olunmayan uşaq xəstəliyə yoluxacaq”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Qəzza zolağında uşaqların poliyemilitə qarşı peyvənd olunmasının əhatə dairəsi münaqişənin doqquz ayı ərzində kəskin şəkildə – 99 faizdən 86 faizə enib. “Münaqişədən əvvəl vaksinasiyanın əhatə dairəsi 99 faiz təşkil edib. Hazırda bu göstərici virusun dövriyyəsi üçün peyvənd olunmayan uşaqların əlverişli kontinqentlərinin yaranmasını təhdid edərək 86 faizə qədər enib”, – deyə Qebreyesus qeyd edib.