ÜST “Sinopharm” peyvəndinin istifadəsini təsdiqləyib

May7,2021

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin “Sinopharm” şirkətinin yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndinin istifadəsini təsdiqləyib.

QİA.AZ-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında deyib.

“Bu gün ÜST”Sinopharm” peyvəndini COVID-19 üçün tövsiyə olunan təcili yardım dərmanları siyahısına əlavə edib, bu da ÜST-nün təhlükəsizlik, effektivlik və keyfiyyət sertifikatını alan altıncı peyvənddir”, ÜST-ün baş direktoru deyib.

Oxşar Xəbərlər