Dünya

ÜST-ün rəhbəri daha təhlükəli koronavirus növünün yaranma ehtimalı barədə xəbərdar etdi

Movavi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Gebreyesus delta variantından daha təhlükəli koronavirus ştammının yaranma təhlükəsi ilə əlaqədar xəbərdarlıq etdi.

QİA.AZ-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu barədə qurumun rəhbəri Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyasında çıxış edərkən deyib.

“Virus nə qədər geniş yayılsa, onun daha çox növü ortaya çıxacaq və hazırda bu qədər ziyan vuran “Delta” ştammından daha təhlükəli olma potensialı olacaq. Və nə qədər çox növü olsa, onlardan birinin peyvəndlərdən yayınmaq şansı daha yüksək olacaq – və hamımız əvvəldən qayıdacağıq”, – Gebreyesus bildirib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button