Üzərinə həbs qoyulmuş əmlakın satılması və idarəetməyə verilməsi qaydaları hazırlanacaq

Apr19,2024

Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları hazırlanacaq.

QİA.Az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabineti üç ay müddətində üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Oxşar Xəbərlər