Naxçıvanın keçmiş MTN rəhbərinin vəfatı ilə bağlı xəbər təkzib olunub.
QİA.AZ ailəsinin ‘AZƏRBAYCAN24’ə göndərdiyi açıqlamanı təqdim edir:
Məhkum Vəli Ələsgərovun vəfatı ilə əlaqədar bəzi saytlarda verilmiş məlumata görə 30 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə etdiyimiz müraciətə əsasən onun bizimlə görüşü təşkil olundu. Görüş zamanı sağlamlıq və ya başqa problemini görmədik. Həmin saytlara bildiririk ki, o cür çirkin məlumatlar verib ailələrdə narahatlıq yaratmasınlar.
Həyat yoldaşı Ələsgərova Gülü Tofiq qızı, bacıları Məmmədova Sevda Məmiş qızı və Fətullayeva İlhamə Məmiş qızı.