Vətən Müharibəsi qəhrəmanlarına 46 gün məzuniyyət verilməsi barədə layihə I oxunuşda təsdiqlənib

May21,2021

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“QİA.az”ın xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Oxşar Xəbərlər