Vətən müharibəsi qaziləri paralimpiya idman növlərinə cəlb olunacaq

May25,2021 #Qazilər

Azərbaycanın 44 günlük Vətən müharibəsi qazilərinin paralimpiya idman növlərinə cəlb olunması prosesinə başlanılıb.

“QİA.az” xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin baş mütəxəssisi Rüfət Rəhimov məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə 14 qazi müəyyən olunub və onlarla komitədə görüş planlaşdırılıb.

R.Rəhimov deyib ki, hər bir paralimpiya idman növünün öz qayda və tələbləri var: “Qazilərimiz konkret idman növünə kriteriyalara uyğun olaraq yönəldiləcək. Onların idmançı kimi yetişdirilməsi çətin olmayacaq, buna onların mübariz və döyüşçü ruhları kömək edəcək. Komitəmiz qəhrəman qazilərimizin cəmiyyətə adaptasiyası və sosial-psixoloji reabilitasiyasına dəstək verməyə hazırdır”.

Komitə nümayəndəsi Azərbaycanda 17 paralimpiya idman növünün olduğunu vurğulayıb. O, əlil arabasında basketbol idman növünün yaradılması istiqamətində işlərin aparıldığını əlavə edib.

Oxşar Xəbərlər