Vətən müharibəsi qazisi Şamaxı İcra Hakimiyyətində vəzifəyə təyin olunub

Fev16,2021

Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Bu barədə QİA.AZ-a icra hakimiyyətindən bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Belə ki, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış, Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.

Oxşar Xəbərlər