Vətən müharibəsi şəhidi Gəncədə dəfn ediləcək

Apr28,2021

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və dünən nəşi tapılmış Elvin Mustafayev Gəncədə dəfn ediləcək.

“QİA.az”ın məlumatına görə, Vətən müharibəsi zamanı şəhid olan 23 yaşlı Mustafayev Elvin Fuad oğlunun nəşinin gətirilməsi üçün yaxınları Füzuli rayonuna gediblər. Şəhid bu gün Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin olunacaq.

Qeyd edək ki, Şəhidin ailəsi onunla sonuncu dəfə oktyabrın 28-də danışıblar.

Oxşar Xəbərlər