“Bu günə qədər Vətən müharibəsində şəhid olanların 2\3-nin ailəsinə birdəfəlik ödənişlər edilib”.
“QİA.AZ” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, digərlərinin vərəsəlik şəhadətnamələri açılıb: “Mərhələli şəkildə onların da ailəsinə ödənişlər ediləcək. Bundan başqa, 11 hərbçimizə əlillik dərəcəsi müəyyən edilib. 80 faiz yaralı hərbçinin ailəsi ziyarət edilib. Onların sosial dəstəklə əhatə olunması üçün işlər bəllidir”