Vətən müharibəsinin arxa cəbhəsinə həsr olunmuş “Başladıq” filminin çəkilişinə start verilib.
“Nova Gorica” kino mərkəzi “Başladıq” adlı yeni sənədli filmin çəkilişinə başlayıb. “QİA.AZ” xəbər verir ki, “Başladıq” adlı sənədli film 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhə həyatından bəhs edir. Filmin çəkilişləri Bakı, Füzuli və Tərtər rayonunda aparılıb, hazırda çəkilişlər davam edir.
Qeyd edək ki, filmin ssenari müəllifi Yağmur Firuz, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri Emin Tarverdiyevdir.