Vətən müharibəsi şəhidinin nəşi doğulduğu rayona gətirilib

İyn1,2021

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri İmanov Məmmədağa İqab oğlunun nəşi doğulduğu Neftçala rayonuna gətirilib.

“QİA.az”ın məlumatına görə, rayonun Dalğa kəndində şəhidin yaşadığı evdə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin doğmaları ilə yanaşı rayon icra hakimiyyətinin rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri də iştirak edirlər.

Mərasimdən sonra M.İmanov Neftçala şəhər Şəhidlər xiyabanında qardaşlarının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü M.İmanov 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O, sonuncu dəfə sentyabrın 29-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı ailəsi ilə əlaqə saxlanılıb. M.İmanov döyüşlərdə itkin düşüb. Mayın 31-də onun nəşi tapılıb.

Şəhid M.İmanov iki bacının tək qardaşı idi.

Allah rəhmət eləsin!

Oxşar Xəbərlər