Azərbaycan tarixinin şanlı səhifələrini yazan azərbaycan qəhramanları, şəhidləri, qaziləri bizim and yerimizdir.
Əslən Kəlbəcərdən olan şəhid Anar Əliyev 23 illik vətənə xidmətin şəhidlik zirvəsini fəth edib. O, əsil vətənpərvər, sədaqətli dost, gözəl ailə başçısı, mehriban ata olub. Nəsillərə örnək olan Anar Əliyevin bu gün doğulduğu gündür.
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.
2018-ci ilin may ayında Şərur rayonunun Günnüt
kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunmuşdur. Anar Əliyev bu əməliyyatda yaxından iştirak etmiş və fərqlənmişdir.
Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə şəhid olmuşdur. Onun qəhrəmanlığı, nəsillərə örnək şücaəti Azərbaycan xalqı var olduqca daim yaşayacaq, daim var olacaqdır. Bu günün uşaqları ,gəncləri Anar və Anar kimi qəhramanların vətənsevgisinin, mərdliyinin, cəsarət və igidliyinin birbaşa şahidi oldular. Cünki 44 günlük zəfər tariximiz bizim gözlərimiz önündə yazıldı.Şəhidlik zirvəsi hər birimizin ən böyük arzusu, ən ali məqamı oldu. Böyükdən kiçiyə hər kəs “vətən” dedi. Şəhidlərimiz vətən sevgisində ucaldı. İllər, əsirlər keçsədə bu xalq, bu millət Anar və Anar kimi qəhrəmanlarını hec bir zaman unutmayacaq.
Mövludun mübarək ŞƏHİDİM!
Ayağını basdığın torpaq üstə dalğalanan bayrağından ruhunun vətənini seyr etdiyini duyuram. Cünki qəlbin o, bayraq üçün döyündöyü kimi ruhunda o, bayraqda qərar tutub.
Ulduz Eyvaz