VƏTƏN UĞRUNDA DÖYÜŞMƏYİ ÖZÜMÜZƏ ŞƏRƏF VƏ LƏYAQƏT BİLİRİK!

Sen13,2021

Misilsiz hünər və cəsаrətləri  ilə özlərinə əbədi şöhrət qаzаndırаn bir çoх igidlərin аdı хаlqımızın qəhrəmаnlıq tаriхinə qızıl hərflərlə yаzılıb. Bizim minlərlə oğul və qızlаrımız bu torpаğın birliyi, müstəqilliyi uğrundа yorulmаq bilmədən mübаrizə аpаrıb.

Yaşlanmanın ən önəmli tərəfi, sahib olduqlarının qorunmasının gedərək çətinləşməsidir. Vətən, şərəf, azadlıq, ədalət və ailə kimi. Bunlar müqəddəs məfhumlardır. Bu ali hissləri qəlbimdə özünə rəhbər tutaraq Vətən müharibəsində düşmənə qan udduran igid oğullarımızdan biri də qazi-leytenant Quluzadə Səyyad Qafar oğludur.

Səyyad 1 iyun 1997 ci ildə Beyləqan rayon Bahar qəsəbəsində anadan olub.

  Qazimizlə həmsöhbət olub haqqında ətraflı məlumatlandıq. Orta təhsilini 2003 cu ildə  Sərdar İmrəliyev adına tam orta məktəbində alıb. Uşaq vaxtlarından hərbiyə marağı olan qazimiz  orta məktəbin 9- cu sinifini bitirədən sonra 2012 ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə qəbul olaraq oranı yaxşı qiymətlərə başa vurub.  2015 ci ildə məzun olan Səyyad həmin ildə Heydər Əliyev adına

Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.

Yer üstü Artilleriya ixtisası üzrə 4 il Ali təhsil alıb.  2019 cu ildə Ali məktəbin məzunu olub. Həmin ildə ordu sıralarında kadr zabit kimi xidmətə başlayıb.

“İlk xidmət yerim Goranboy rayonun Goran qəsəbəsində Ağır artilleriya briqadasinda D 30 divizonunda artilleriya tağım komandiri kimi xidmət olub. Xidmət dövründə göstərdiyim  uğurlu səylərə, tapşırıqlar vaxtında icra etdiyimə  görə  xidməti vəzifəmi  yer dəyişərək Yevlax rayonu Aran qəsəbəsində yerləşən   Motomexanikləşdirilmiş biriqadanin tərkibində  yerləşən taborun tərkibində 120 minaatan batareyasının baş zabiti vəzifəsinə təyin olmuşam”.

 Bir çox təlimlər də iştirak edənən sonra  Səyyad Goranboy rayonu ərazisində ön xətdə xidmətə başlayır. İyul ayında başlayan Tovuz döyüşlərində döyüşə hazır vəziyyətə gətiriliblər. Vətən müharibəsi başlayanda  isə 26 sentyabrda cəbhənin Tər-tər Goranboy istiqamətində döyüşlərə qatılıb. Səyyadgilin bölüyü döyüş əməliyyatlarina Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən başlayaraq irəliləyib. Talış kəndi Suqovuşan və ətrafındakı yüksəkliklər uğurunda gedən döyüşlərdə rəhbəri olduğu bölmə fəal iştirak edib.

Onlar düşmənə xeyli sayda Artilleriya zərbələri endirərək  bölmələrimizin irəliməsinə şərait yaradıb. Söhbətimiz əsnasında   Səyyad qedir ki,:” Düşmən xeyli sayda canlı qüvvəsi və texnikası  məhv edildi. Bir çox yüksəklilər azad edildikdən sonra irəliləyərək mövqeyimizi daha irəli aparırdıq .Talış kəndi və Suqovuşan dümənədən tamamilə təmizləndi.”

 Səyyad 2020  ci il  oktyabrın 19 da Suvqovuşan ətrafında olan yüsəkliklərin alınması zamanı ağır qəlpə yaraları alır. Hər iki  ayaqlarından, qarın  boşluğu zədələnməsi, sol qol  ətrafinda sinir zədələnməsi, çanaq nayihəsinən qəlpə yaraları alaraq döyüş meydanından təxliyə olunub. Ağır yaralanan qazimizə ilkin tibbi yardım göstərildikdən dərhal sonra əməliyyat üçün Naftalan şəhərinə ordan da Mingəçevir şəhər xəstəxanasına təxliyə olunub. Vəziyyətinin ağır olması nəzərə alınaraq onu Silahlı Qüvvlərin  Bakı Klinik Hospitalına gətiriblər. Orda bir neçə dəfə əməliyyat keçirən qazimizin həkimlərin səyləri ilə səhəttində müsbətə doğru  irəliləyiş olub. Hərbi hospitalda  müalicə  aparıldıqdan sonra ev şəraitində müalicəsi davam etdirilməsi üçün  dekabrda məzuniyyətə buraxılıb və  bitdikdən sonra  təkrar hospitalda fevral ayında əməliyyat edilib.

 Ordu sıralardan ehituyatda olan leytenant Quluzadə Səyyad Vətən müharibəsi Qazisi  kimi təxris olunub.

Səyyad Ali Baş komandanın müvafiq sərəncamları ilə Suqovuşanın azad edilməsimə görə,

Cəsur döyüşçü, Vətən Uğrunda medalları ilə təltif olunub.

Səyyad kimi oğullar 44 günlük Vətən müharibəsində Azərbaycanla hesablaşmaq istəməyən düşmənə, onun havadarlarına və bəzi qərb dövlətlərinə sübut etdi ki, biz öz torpaqlarımızı qorumağı, dövlətimizi  yaşatmağı bacarırıq.

Allah bütün qazilərə şəfa versin.

       Bəxtiyar Əliyev

Oxşar Xəbərlər