QİA.AZ xəbər verir ki, Nərimanov rayonu, Əliəşrəf Əlizadə 36 küçəsinin bir qrup sakini pilot layihə çərçivəsində onlara verilməli olan mənzillərin təmirinin 5 ildir ki, ləngiməsinə etiraz edib. Sakinlərin əksəriyyəti bu müddət ərzində kirayə haqqlarının verilməsiylə bağlı problem yaşamasalar da, artıq başqa yerdə qalmaq istəmir, öz mənzillərinə köçmək istəyirlər.
Mənbə:Anews.az